Xos Gelmisiniz
  20 Yanvar Qetl
 


ADMIN:VUSAL Sovet Ordusunun hərbi dəstəyinə arxalanan erməni silahlı birləşmələri 1989-cu ilin ikinci yarısından etibarən Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar məskunlaşmış yaşayış məntəqələrinə hücumlar etməyə başladılar. Dağlıq Qarabağda ermənilərin kompakt yaşadığı yaşayış məntəqələrindən 1988-ci ildə azərbaycanlılar qovulmağa başlayır. 1988-ci ilin sentyabr ayında Dağlıq Qarabağın ən böyük yaşayış məntəqəsi olan Xankəndidən bütün azərbaycanlılar, Şuşadan isə ermənilər qovulur. Həmin ilin Noyabr ayında azərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiyası təşkil olunur. Buna cavab olaraq Bakıda kütləvi mitinqlər keçirilir. 1989-cu il iyul ayının 29-da Ermənistan ərazisində Azərbaycandan gedən qatarlara olan hücumlar nəticəsində Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsi kəsilir. Ermənistan tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının təcridinə başlanılır. Bunun əvəzində Azərbaycan SSR Ermənistanın blokadaya alınması barədə qərar qəbul edir. Bu qərar Ermənistan iqtisadiyyatına ağır zərbə vurur, belə ki, Ermənistana gələn malların 2/3-si Azərbaycan ərazisindən keçirdi. Dekabr ayının 1-də Ermənistan SSR-nin Ali Soveti qeyri-qanuni şəkildə "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin Ermənistan SSR-yə birləşdirilməsi haqqında" qərar qəbul etdi. 1990-cı ildə Ermənistan açıq şəkildə Azərbaycana qarşı işğalçılıq fəaliyyətinə start verdi. 1990-cı ilin martın 24-də ermənilər Qazax rayonunun Bağanıs Ayrım kəndini işğal edirlər. İşğal nəticəsində 10 nəfər azərbaycanlı öldürülür, 100-dən çox ev yandırılıb və kəndin sağ qalan əhalisi öz torpaqlarından qovulub. 1990-cı il yanvar ayında Bakıya Sovet qoşunları yeridilir, Qanlı yanvar gecəsində 100-dən çox insan öldürülür. 20 yanvarda Ayaz Mütəllibov Azərbaycan Kommunist Partiyasının başçısı təyin olunur, ikinci katib Viktor Polyaniçko isə Dağlıq Qarabağı idarə edən xüsusi nümayəndə kimi ora göndərilir. İyul ayının 25-də Sovet rəhbərliyi Dağlıq Qarabağdakı bütün qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi əmrini verir. 1991-ci ilin əvvəlində ermənilərin Qazax və Göygöl rayonlarına olan hücumları intensivləşdi. Erməni silahlı quldur dəstələri azərbaycanlıların yaşadığı kəndlərə daha tez-tez hücum edərək onları yandırır, dinc əhalini güllələyirdilər. Ermənistanın işğalçılıq siyasətini pərdələmək məqsədilə 1991-ci il sentyabr ayının 2-də erməni separatçıları Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qeyri-qanuni olaraq "Dağlıq Qarabağ Respublikası"nın qurulmasını bəyan etdilər. Sentyabr ayının 23-də Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyanın Jeleznovodsk şəhərində Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə görüşü keçirildi. Görüş zamanı prezidentlər münaqişənin sülh yolu ilə həlli barədə razılığa gəldilər. Əldə olunmuş razılaşmaya baxmayaraq, erməni hərbi birləşmələri Xocavənd və Hadrut rayonları ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi hücumlara başladılar. Nəticədə bu rayonların azərbaycanlılar yaşayan kəndlərinin əksəriyyəti işğal olundu, azərbaycanlı əhali isə güclə öz torpaqlarını tərk etmək məcburiyyəti qarşısında qaldı. Noyabrın 20-də Qarakənd səmasında sülh danışıqları üçün Qarabağa gedən və içərisində Azərbaycan, Rusiya və Qazaxıstanın hökümət nümayəndələrinin olduğu vertolyot vurulur. Buna cavab olaraq noyabrın 20-də artıq müstəqil olan Azərbaycan parlamenti Dağlıq Qarabağın muxtar statusunu ləğv edir və Stepanakert şəhərinin adını Xankəndinə dəyişdirir. Müharibənin ilk günlərindəcə Azərbaycan və Ermənistan qarşılıqlı hücuma keçir. 1992-ci il yanvarın 26-da yeni təşkil olunmuş Azərbaycan ordusu Şuşa yaxınlığında Daşaltı əməliyyatını keçirir və məğlub olur. Fevral ayında ermənilər rus qoşunları ilə bərabər Qarabağda hücuma keçərək bir neçə kəndi tutur, fevralın 26-da isə Xocalını ələ keçirərək dinc əhaliyə qarşı qırğın törədirlər. 9 mayda ermənilər Şuşanı, 18 mayda isə Laçın şəhərini işğal edirlər. 7 iyunda Əbülfəz Elçibəy Azərbaycan prezidenti seçilir, bundan dərhal sonra iyunun 12-də Azərbaycan ordusu cəbhədə hücuma keçir. Hücum nəticəsində azərbaycanlılar tezliklə Şaumyan rayonunu, iyulun 4-də isə Ağdərəni ələ keçirirlər. Sentaybr ayının 1-də Azərbaycan ordusu Sırxavənd kəndini işğaldan azad edir, bu zaman artıq Dağlıq Qarabağın ərazisinin yarısı Azərbaycan ordusunun nəzarəti altında idi. Bundan sonra Rusiya ermənilərə etdiyi yardımların həcmini artırmağa başlayır, oktyabrın 24-də isə ABŞ Konqresi Azərbaycana dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul edir. Böyük dövlətlərin Ermənistana verdiyi dəstək tezliklə öz bəhrəsini verir. 1992-ci ilə qədər Ermənistan Respublikasının milli ordusu var ikən Azərbaycan hakimiyyətinin milli ordu işinə soyuq baxması nəticəsində ermənilər Azərbaycan torpaqlarının %5-ini işğal etmişdir. 1 iyun 1992-ci ildə Elçibəy prezident seçilmiş və bu ərəfədə Azərbaycan ordusu hücuma keçmişdir. 1992-ci ilin 12 iyununda Şaumyan,7 iyulda Ağdərə olmaq üzərə işğal edilmiş torpaqların %3,5-i geri alınmışdır. Sentyabr ayının 19-da Ermənistan və Azərbaycan müdafiə nazirləri Rusiyanın Soçi şəhərində hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə etdilər. Həmin il dekabr ayında bu razılaşmanı pozan Ermənistan tərəfi Azərbaycan Respublikasının Zəngilan rayonunun 8 kəndini işğal etdi. 1993-cü il aprel ayının 3-də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan Respublikasının Kəlbəcər rayonu işğal olundu. Aprel ayının 6-da BMT Təhlükəsizlik Şurasının sədri Kəlbəcər rayonun işğalını pisləyən bəyanat verdi. Aprel ayının 15-də isə Avropa Şurası Nazirlər Komitəsi münaqişənin kəskinləşməsi ilə bağlı bəyannamə ilə çıxış etdi. Aprel ayının 15-də isə Avropa Şurasının Nazirlər Komitəsi Dağlıq Qarabağda münaqişə vəziyyətinin gərginləşməsi ilə bağı bəyanat qəbul etdi. Aprel ayının 25-29-da İslam Konfransı Təşkilatı Azərbaycan Respublikasının ərazilərinin işğalını pisləyən qətnamə qəbul etdi. Aprel ayının 30-da isə BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Kəlbəcər və digər işğal olunmuş rayonlarından bütün işğalçı qüvvələrin dərhal çıxarılması tələbini özündə əks etdirən 822 saylı Qətnamə qəbul etdi. İyul ayının 23-də erməni hərbi birləşmələri Azərbaycan Respublikasının Ağdam rayonunu işğal etdilər. İyul ayının 29-da BMT Təhlükəsizlik Şurası işğalıçı qüvvələrin qeyd şərtsiz və dərhal işğal olunmuş Ağdam və digər ərazilərdən çıxarılması tələbini özündə əks etdirən 853 saylı Qətnamə qəbul etdi. Avqust ayının 18-də isə BMT Təhlükəsizlik Şurasının sədri müvafiq tələbləri özündə əks etdirən bəyanatla çıxış etdi. BMT və ATƏT-in xəbərdarlıqlarına baxmayaraq, avqust ayının 23-26-da Füzuli və Cəbrayıl, həmin ayın 31-də isə Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Oktyabr ayının 14-də BMT-nin Təhlküsəizlik Şurası işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması tələbini özündə ifadə edən növbəti, 874 saylı Qətnamə qəbul etdi. Oktyabr ayının 28-noyabr ayının 1-i aralığında Horadiz qəsəbəsi və Zəngilan şəhəri işğal edildi. Noyabr ayının 11-də işğal olunmuş ərazilərin dərhal azad olunması tələbini əks etdirən BMT Təhlükəsizlik Şurasının növbəti, 884 saylı Qətnaməsi qəbul edildi. 1994-cü il yanvar ayının 10-11-də Şimali Atlantika Müqaviləsi Təşkilatı üzv Dövlət və Hökumət başçıları tərəfindən ərazi əldə edilməsində güc istifadəsini pisləyən, həmçinin regionda sülh və sabitliyin bərqərar edilməsi, əməkdaşlığın inkişafıetdirilmsi üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan, Gürcüstan və Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti ifadə edən bəyannamə qəbul edildi. Həmin il aprel ayının 15-də MDB üzv dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörməti ifadə edən təşkilatın Bəyannaməsi qəbul olundu. Ermənistan MDB-nin üzvü olan və bu Bəyannaməyə qoşulmayan yeganə dövlət oldu. Bişkək protokolu imzalandıqdan (10.05.1994) sonra, may ayının 12-də cəbhə xəttində atəşkəs haqqında razılaşma qüvvəyə mindi. Ermənistan Respiblikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür. 1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri: 26 noyabr 1991-ci il tarixinədək olan inzibati ərazi bölgüsünə əsasən: Dağlıq Qarabağ MV: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4388 km². (Şuşa rayonu-289 km², Xankəndi şəhəri-8 km², Əsgəran rayonu-928 km², Martuni rayonu-779 km², Mardakertrayonu-1705 km², Hadrut rayonu-679 km²) ərazisinin 4088 km²-i erməni işğalı altında, 300 km²-i (Mardakert rayonunun 108.5 km²-i, Martuni rayonunun 191.5 km²-i) isə Azərbaycan Respublikasının nəzarəti altındadır. Laçın rayonu: işğal tarixi – 18 may 1992-ci il, ərazisi – 1835 km²; ərazisi tamamən işğal olunmuşdur. Kəlbəcər rayonu: işğal tarixi – 2 aprel 1993-cü il, ərazisi – 1936 km²; ərazisi tamamən işğal olunmuşdur. Ağdam rayonu: işğal tarixi – 23 iyul 1993-cü il, ərazisi – 1094 km²; ərazisinin 846.8 km²-i erməni işğalı altında, 247.2 km²-i isə Azərbaycan Respublikasının nəzarəti altındadır. Cəbrayıl rayonu: işğal tarixi – 23 avqust 1993-cü il, ərazisi – 1049,8 km²; Füzuli rayonu: işğal tarixi – 23 avqust 1993-cü il, ərazisi – 1386 km²; ərazisinin təxminən 886 km²-i erməni işğalı altında, 500 km²-i isə Azərbaycan Respublikasının nəzarəti altındadır. Qubadlı rayonu: işğal tarixi – 31 avqust 1993-cü il, ərazisi – 802 km²; ərazisi tamamən işğal olunmuşdur. Zəngilan rayonu: işğal tarixi – 30 oktyabr 1993-cü il, ərazisi – 707 km²; ərazisi tamamən işğal olunmuşdur. Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında mövcud olan məlumatlara əsasən, 1335 nəfər, o cümlədən 129 uşaq, 312 qadın, 246 qoca erməni əsir və girovluğundan azad edilib, təcavüz nəticəsində 4868 nəfər, o cümlədən 55 uşaq, 326 qadın, 410 qoca itkin düşüb. İşğal nəticəsində Azərbaycana aid cəmi uzunluğu 25 min km olan avtomobil yolu, yenə cəmi uzunluğu 3984 m olan 160 körpü, 14,5 min km uzunluğunda elektrik xətti, 2500 elektrik trafosu, 2 min km gaz boru xətti, 160 su deposu, 34-dən çox qaz dağıtım stansiyası erməni işğalçılar tərəfindən dağıdılmışdır. İşgal edilmiş bölgələrdə cəmi 140 min şagirdin oxuduğu olan 600 məktəb, 53 min şagirdin təhsil adlığı 65 peşə məktəbi, 2 yüksək öğrənim qurumu məhv edilib. 700 səhiyyə ocağı, bu bağlamda 800 nəfərlik xəstəxana, poliklinikalar, doğum evləri, aptek binaları, təcili yardım xəstəxanaları dağıtılmıştır. Səhiyyə xidmətinə dəyən ümumi iqtisadi ziyan 1,2 milyard dollara yaxındır. Azərbaycana aid 500 tarixi-memari, 100-dən çox arxeolojik abidə, minlərcə əsərin qorunduğu 22 müzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən işgal edilib. Azərbaycanda profesyonal musiqi sənətinin əsasını qoyan musiqiçi Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi talan edilib. Xocalıdaki "Dairəvi Məbəd"(1356-1357) və "Türbə"-nin (14-cü əsr) aqibəti məlum deyil. Müharibə nəticəsində Azərbaycan Respublikası cəmi 22 milyard dollar məbləğində maddi ziyana məruz qalıb. Admin:Vusal
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol